featured-image-2531

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola yaxın günlərdə müqaviləsini uzadacaq. Msport.az “The Sun”a istinadən xəbər verir ki, 51 yaşlı mütəxəssisin yeni anlaşması 2025-ci ilədək nəzərdə tutulacaq.

İspaniyalı məşqçinin hazırkı müqaviləsi 2023-cü ildə başa çatacaq.

Qvardiola 2016-cı ildən “Mançester Siti”yə rəhbərlik edir. “Şəhərlilər” onun rəhbərliyi altında 3 dəfə İngiltərə Premyer Liqasını, 4 dəfə Liqa kubokunu, 1 dəfə İngiltərə kubokunu və iki dəfə Superkuboku qazanıblar.

Bənzər xəbərlər