featured-image-1359

“Mançester Siti” klubunun baş məşqçisi Xosep Qvardiola Çempionlar Liqasında yeni nailiyyətə imza atıb.

Msport.az xəbər verir ki, ispaniyalı mütəxəssis buna turnirin yarımfinal mərhələsinə vəsiqə qazanmaqla nail olub.

Pep 9 fərqli mövsümdə bunu bacaran ilk baş məşqçi olub. O, 4 dəfə “Barselona”nı, 3 dəfə  “Bayern Münhen”i, 2 dəfə isə “şəhərlilər”i yarımfinala yüksəldib.

İspaniyalı mütəxəssis hərəyə 8 dəfə yarımfinala adlayan Karlo Ançelotti və Joze Mourinyonu geridə qoyub.

Qeyd edək ki, “Mançester Siti” 1/4 final mərhələsində iki oyunu nəticəsinə əsasən İspaniyanın “Atletiko” (Madrid) klubunu mübarizədən kənarlaşdırıb – 1:0, 0:0

Bənzər xəbərlər