featured-image-4390

Ukrayna milli komandasının baş məşqçisi Aleksandr Petrakov Şotlandiya ilə Dünya çempionatına vəsiqə uğrunda keçiriləcək oyundan danışıb. Msport.az xəbər verir ki, matç Qlazqoda olacaq:

“Hemden Park” stadionunda möhtəşəm atmosfer olacaq. Raket və bombalardan sonra biz artıq heç nədən qorxmuruq”.

DÇ-2022-yə vəsiqə uğrunda Şotlandiya – Ukrayna yarımfinal qarşılaşması iyunun 1-də keçiriləcək. Bu cütün qalibi iyunun 5-də Uelslə üz-üzə gələcək.

Bənzər xəbərlər