featured-image-2422

“Mançester Yunayted”in çalışdırıcısı Ralf Ranqnik Avstriya millisinin baş məşqçisi təyin edilib. Msport.az xəbər verir ki, bu barədə Avstriya Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.

63 yaşlı mütəxəssis bu mövsümün sonuna qədər İngiltərə təmsilçisini çalışdırmağa davam edəcək. O, mayın sonunda millini Millətlər Liqası oyunlarına hazırlamağa başlayacaq.

Ranqniklə iki illik müqavilə imzalanıb. Komanda AÇ-2024-ə vəsiqə qazansa, tərəflər arasındakı müqavilənin müddəti 2026-cı ilə qədər uzadılacaq.

“Mançester Yunayted”i yeni mövsümdən “Ayaks”ın baş məşqçisi Erik ten Haq çalışdıracaq.

Bənzər xəbərlər