featured-image-40672

Tailandın “Buriram Yunayted” komandasının formasını geyinən Azərbaycan millisinin futbolçusu Ramil Şeydayev 8 oyunluq cəza alıb.

Msport.az xəbər verir ki, buna Asiya Çempionlar Liqasında Çin təmsilçisi “Zhejiang” ilə səfər matçından sonra hücumçunun dava-dalaşda iştirakı səbəb olub.

Asiya Futbol Konfederasiyası Şeydayevi diskvalifikasiya edib. Həmçinin onun iki komanda yoldaşı 6 matçlıq cəza ilə üzləşib.

Qeyd edək ki, “Buriram Yunayted”in 2:3 hesabı ilə məğlub olduğu qarşılaşmanın ardından hər iki komandanın futbolçuları və məşqçiləri arasında kütləvi dava olub.

Bənzər xəbərlər