Ranqnik və köməkçisi Bakıya səfər zamanı problemlə üzləşdi, məsələyə AFFA qarışdı
Avstriya millisinin baş məşqçisi Ralf Raqnik və köməkçisi Peter Perxtold Bakıya səfər zamanı problemlə ilə üzləşiblər.
Msport.az xəbər verir ki, almaniyalı mütəxəssislər viza ilə bağlı ərizəni doldurarkən səhvə yol veriblər.
Belə ki, onlar ərizədə özlərini Avstriya vətəndaşı kimi göstəriblər. Bu səbəbdən məşqçilərə Azərbaycana viza verilməsi ilə bağlı problem yaşanıb.
Yalnız AFFA-nın işə qarışmasından sonra məsələ həllini tapıb. Ranqniklə köməkçisi 4 saatlıq yubanma ilə Bakıya yola düşüblər.
Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək Azərbaycan – Avstriya matçı saat 20:00-da başlayacaq.