featured-image-83511

“Real” “Mançester Yunayted”in 16 yaşlı futbolçusu JJ Qabrieli transfer etmək üçün rəsmi təklif göndərib.

Msport.az xəbər verir ki, Madrid təmsilçisi gənc futbolçunun transferi ilə bağlı bütün zəruri hazırlıqları tamamlayıb və hazırda onun qərarını gözləyir.

Qabrielin xidmətində “Barselona” və “Bavariya” da maraqlıdır. İngiltərədən yayılan son məlumatlar onun “Real”a keçmək ehtimalının artdığını göstərir. Oktyabrın əvvəlində 16 yaşı tamam olan Qabrielin Kipr pasportuna sahib olması və ailəsinin İrlandiya mənşəli olması mümkün keçidin hüquqi tərəfləri baxımından əhəmiyyət daşıyır.

Qabriel yeni klubundan illik təxminən 1 milyon avro maaş tələb edir. “Mançester Yunayted” isə istedadlı futbolçunu saxlamaq üçün səylərini davam etdirir.

Bənzər xəbərlər