featured-image-2593

“Atletiko”  futbolçuları “Real”la İspaniya çempionatının növbəti oyununda rəqibə “çempionluq dəhlizi” təşkil etmək istəmirlər.

Msport.az “Marca”ya istinadən xəbər verir ki, “Atletiko”nun demək olar ki, bütün futbolçuları bunun əlehinə çıxıblar.

Futbolçular yalnız rəhbərlik xahiş etsə, qərarlarını dəyişə bilərlər. Ancaq “Atletiko” idarəçiləri bununla bağlı azarkeşlərin etirazını da nəzərə alırlar.

Qeyd edək ki, “Atletiko” – “Real” matçı mayın 8-də “Vanda Metropolitano” stadionunda keçiriləcək. “Kral klubu” bu oyuna La Liqanın cari mövsümünün qalibi kimi çıxacaq.

Bənzər xəbərlər