“Real” azarkeşləri Mbappeni istəmir
“Real”ın ulduzu Kilian Mbappe ətrafında gərginlik artmaqdadır.
Msport.az xəbər verir ki, klubun sosial şəbəkə hesablarındakı hər bir paylaşımın altında azarkeşlər tərəfindən fransalı hücumçunun komandadan kənarlaşdırılması tələbi ilə çoxsaylı ismarıclar yazılır.
Vəziyyət təkcə azarkeş narazılığı ilə məhdudlaşmır. Paltardəyişmə otağında da Kilian Mbappeyə qarşı münasibət köklü şəkildə dəyişib.
Bildirilir ki, o, hazırda komanda daxilində yalnız digər fransalı futbolçularla ünsiyyət qurur.







