“Real” daha bir türkiyəli ilə maraqlanır
“Real” Türkiyə millisinin futbolçusu Kenan Yıldızı heyətinə qatmaq istəyir.
Msport.az xəbər verir ki, Madrid təmsilçisinin prezidenti Florentino Peres 21 yaşlı hücumçunun keçidində maraqlıdır.
Təcrübəli funksioner oyunçunun transferi üçün yayda cəhd edəcək. Yıldızın “Yuventus”la müqaviləsinin müddəti 2030-cu ilin yayınadək qüvvədədir. Onun bazar dəyəri 75 milyon avro qiymətləndirilir.
Qeyd edək ki, Kenan Yıldız cari mövsüm “qoca sinyora”nın heyətində 45 oyunda 11 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.







