featured-image-77852

Real” futbolçuları Orelyen Çuameni ilə Federiko Valverdenin məşqdə dava etməsi ilə bağlı rəsmi bəyanat yayıb.

Msport.az xəbər verir ki, Madrid klubu məsələ.ilə bağlı intizam işi açılıb.

Müvafiq daxili prosedurlar başa çatdıqdan sonra klub qərarını açıqlayacaq.

Qeyd edək ki, məşq zamanı Çuameni komanda yoldaşı Valverdeni vurub. Yerə yıxılan Valverdenin kəllə-beyin travması aldığı da qeyd olunub. Valverde xəstəxanaya çatdırılıb və ona tikiş qoyulub. Məsələ ilə bağlı Valverde paylaşım edərək hadisəni təkzib etməyib.

Bənzər xəbərlər