“Real” ərəblərin təklifini rədd etdi
“Real”ın cinah hücumçusu Franko Mastantuono Səudiyyə Ərəbistanı klubundan təklif alıb.
Msport.az xəbər verir ki, “Real”a 18 yaşlı futbolçunun transferi ilə bağlı rəsmi təklif göndərilib.
Lakin Madrid təmsilçisi argentinalı oyunçunu satmaq niyyətində olmadığından müraciəti rədd edib. Təklif göndərən klubun adı və mümkün transfer məbləği açıqlanmayıb.
Mastantuono 2025-ci ilin yayında Argentinanın “River Pleyt” komandasından 45 milyon avroya transfer edilib. Argentina millisinin üzvü “Real”la 2031-ci ilin yayınadək müqavilə imzalayıb.







