“Real” fransalını transferə çıxardı
“Real” fransalı ulduz futbolçusu Eduardo Kamavinqa ilə yollarını ayırmağa hazırlaşır.
Msport.az xəbər verir ki, “kral klubu” gənc yarımmüdafiəçinin transferi üçün 80 milyon avro sərbəst qalma bədəli müəyyən edib.
Avropanın bir neçə zəngin klubunun transfer siyahısında yer alan 23 yaşlı futbolçunun satışı barədə qərar rəhbərlik tərəfindən artıq təsdiqlənib.
Cari mövsümdə Madrid təmsilçisinin heyətində həm mərkəz yarımmüdafiəçisi, həm də sol cinah müdafiəçisi kimi 35-dən çox rəsmi matçda meydana çıxan fransalı oyunçu, rəqib hücumlarının kəsilməsində yüksək göstəricilərə imza atıb.







