featured-image-70403

“Real”ın gənc hücumçusu Endrik karyerasını Fransa çempionatında davam etdirə bilər.

Msport.az xəbər verir ki, “Marsel” 19 yaşlı braziliyalı futbolçunu heyətinə qatmaq niyyətindədir.

Fransa klubu forvardı mövsümün sonuna qədər icarəyə götürmək istəyir. Transferin yanvar pəncərəsində rəsmiləşdirilməsi planlaşdırılır. Endrikin Madrid klubu ilə müqaviləsinin müddəti 2030-cu ilin ortalarına qədərdir.

Qeyd edək ki, “Marsel” Liqa 1-də yeddi turdan sonra 15 xal toplayaraq turnir cədvəlində ikinci pillədə qərarlaşıb.

Bənzər xəbərlər