featured-image-70519

“Real” hücumçusu Endriki qışda icarəyə verməyi planlaşdırır. Msport.az xəbər verir ki, braziliyalı futbolçu karyerasını ya “Real Sosyedad”da, ya da İngiltərədə – “Vest Hem”də davam etdirəcək.

Madrid klubu hələ yayda 19 yaşlı forvardı icarəyə göndərmək barədə düşünürdü. Lakin Endrik “Real”da qalaraq mayda aldığı zədəsini sağaltmağa üstünlük verib.

Gənc hücumçu bu mövsüm “Real”da bir oyunda da çıxmayıb. Onun İspaniya təmsilçisi ilə müqaviləsi 2030-cu ilin yayına qədərdir.

Bənzər xəbərlər