“Real”ın 20 milyonluq qazancı
“Real” ispaniyalı cinah oyunçusu Viktor Munyosun “Osasuna”dan “Liverpul”a transferi üçün 20 milyon avro alacaq.
Msport.az xəbər verir ki, ingilis klubu əvvəllər 22 yaşlı futbolçunun transferini açıqlamışdı.
“Liverpul” Munyosun “Osasuna” ilə müqaviləsindəki 40 milyon avroluq alış bəndini aktivləşdirib. Bu məbləğin yarısı “Real”a gedəcək.
Viktor Munyos “Barselona”nın gənclər sisteminin yetirməsidir. O, 2021-ci ilin yayında “Real”ın gənclər sistemininə qoşulub. Ötən mövsüm o, La Liqa və Kral Kubokunda 36 oyunda yeddi qol vurub və beş məhsuldar ötürmə edib.







