featured-image-2874

Danimarkalı əfsanəvi qapıçı Peter Şmeyxel bildirib ki, “Real Madrid” Çempionlar Liqasının finalında olmağı haqq etmir.

Msport.az “Marca”ya istinadən xəbər verir ki, 1991-96-cı illərdə “Mançester Yunayted”in şərəfini qorumuş qolkiper İspaniya klubunun “Mançester Siti” ilə matçlarda zəif təsir bağışladığını deyib: “Real” finalda olmamalı idi. Onlar hər iki oyunda “Siti”dən zəif idilər.

İngiltərədəki qarşılaşmada baş verənlərdən sonra düşünürdüm ki, “Real” finala çıxacaq. Ancaq onlar çox zəif təsir bağışladılar. Madrid klubu ancaq “Çelsi” ilə oyunda güclü görünürdü.

“Santyaqo Bernabeu” onların 12-ci oyunçusu ola bilər. “Real”ın oyunçuları heç nədən qorxmurlar. Onlar bir-birlərinə, məşqçilərinə etibar edirlər. Bu, inanılmazdır. Həmişə deyirlər ki, belə turnirlərdə təcrübə vacibdir. Ancaq onlar ürəklərini qoydular. Həmin futbolçular artıq bu vəziyyətə düşüblər, bunun nə olduğunu yaxşı bilirlər. Onlar heç vaxt çəkinmirlər və bir-birlərinə sonadək etimad göstərirlər.

Bənzər xəbərlər