featured-image-77591

“Real”ın futbolçuları komandanın baş məşqçi postunda Joze Mourinyodansa Yurgen Kloppu görmək istəyirlər.

Msport.az xəbər verir ki, bu barədə ispaniyalı jurnalist Qonsalo Alvares canlı yayımda danışıb.

Onun sözlərinə görə, Madrid klubunun oyunçuları hesab edirlər ki, Mourinyonun iş tərzi kollektiv daxilində gərgin atmosferə gətirib çıxara bilər. Portuqaliyalı mütəxəssis daha sərt və yanaşması ilə seçilir. O, çox vaxt futbolçularla konflikt yaşayır.

“Real”ın prezidenti Florentino Peres Kloppun namizədliyinin effektli olmasını başa düşür. Lakin o, eyni zamanda anlayır ki, Mourinyonun dönüşü böyük əks-səda doğura bilər.

Qeyd edək ki, Sky Sports “Kral klubu”nun hazırda “Benfika”nı çalışdıran Mourinyo ilə maraqlandığını xəbər verib. Lakin tərəflər arasında hələ danışıqlar olmayıb.

 

 

Bənzər xəbərlər