featured-image-2804

İngiltərə millisinin sabiq futbolçusu Stiv Makmanaman Çempionlar Liqasının yarımfinalının “Real” – “Mançester Siti” cavab oyununu (3:1) şərh edib.

Msport.az xəbər verir ki, keçmiş futbolçu “Mançester Siti”nin qol epizodlarını boşa verdiyini bildirib:

“Mançester Siti” bu görüşdə inamlı qələbə qazanmalı idi. Cek Qriliş iki qol epizodunu qaçırdı. “Şəhərlilər” 2:0 və ya 3:0 öndə ola bilərdilər, amma bu baş vermədi. “Real”ın qol vurana qədər ciddi nəsə etdiyini görmədim”.

İlk görüş “Mançester Siti”nin 4:3 hesablı qələbəsi ilə başa çatıb. İki oyunun nəticəsinə əsasən “Real” turnirin finalına yüksəlib.

Bənzər xəbərlər