featured-image-1365

“Real Madrid” klubunun sabiq futbolçusu Freddi Rinkon vəfat edib.

Msport.az xəbər verir ki, 55 yaşlı Rinkon avtomobil qəzasına düşdükdən sonra ölüb.

Kolumbiyalı keçmiş yarımmüdafiəçinin içərisində olduğu maşın Kali şəhərində aprelin 12-də avtobusla toqquşmuş, Rinkon başından ciddi xəsarət almışdı.

Qeyd edək ki, Freddi Rinkon 1995-1996-cı illərdə “Real Madrid”in formasını geyinib. 1990 – 2001-ci illərdə ölkəsinin yığmasına dəvət alan keçmiş orta sahə oyunçusu İtaliyada “Napoli”də də çıxış edib.

Bənzər xəbərlər