“Real”ın sabiq hücumçusu “Qarabağ” yolunda
Azərbaycanı Çempionlar Liqasında təmsil edəcək “Qarabağ” yeni hücumçu axtarışındadır.
Msport.az Polşa mətbuatına istinadən xəbər verir ki, Ağdam klubu “Legiya”nın forvardı Mark Quala elçi düşüb.
Klub rəsmiləri ispaniyalı futbolçunun transferi üçün qarşı tərəflə danışıq aparmağa hazırlaşır. Ancaq 29 yaşlı oyunçunun varşavalılarla bir illik müqaviləsi qüvvədə olduğundan, “Qarabağ” müəyyən təzminat ödəməli olacaq. “Legiya” hücumçunun satışından 500 min avroluq gəlir əldə etməyi planlaşdırır.
Qeyd edək ki, “Legiya”ya 2023-cü ildə “Dnepr”dən keçən Mark Qual geridə qalan mövsüm 47 oyunda 19 qol vurub, 7 məhsuldar ötürmə verib. Futbolçu “Sevilya”, “Espanyol”, “Real” kimi klubların B komandasında oynayıb. Qual 2017-ci ildə İspaniyanın U-21 millisinin formasını geyinib.