featured-image-5044

“Real”ın yay transferlərinə ayıracağı məbləğ məlum olub. Msport.az “Goal”a istinadən xəbər verir ki, Madrid klubu yayda yeni futbolçuların alınmasına 400 milyon avro xərcləyə bilər.

“Kral klubu” Çempionlar Liqasını qazandığı üçün əldə etdiyi vəsaitdən əlavə, Qaret Beyl, İsko, Marselo kimi yüksək ödənişli futbolçuları göndərdikdən sonra da müəyyən kapitala sahib olacaq.

“Real”ın Çempionlar Liqasında işrirakından ümumi gəliri 160 milyon avro olub.

Karlo Ançelottinin konandası Dani Sebalyos, Xesus Valexo, Marko Asensio, Luka Yoviç və Marian Dias kimi futbolçularla da vidalaşmağı planlaşdırır. Əgər bu baş verırsə, maaş büdcəsi xeyli azalmış olacaq ki, transfer imkanları da genişlənəcək.

Bənzər xəbərlər