"Real" kapitanı ilə vidalaşdı - RƏSMİ
Dani Karvahal mövsümün sonunda “Real”ın tərk edəcək.
Msport.az xəbər verir ki, bu barədə Madrid klubunun rəsmi saytı məlumat yayıb.
34 yaşlı futbolçunun müqaviləsi bu ilin iyununda başa çatır.
Karvahal “Kral klubu”nun yetirməsi sayılır. O, 2013-cü ilin yayından paytaxt klubunun heyətində çıxış edir. Karvahal cari mövsümdə bütün turnirlərdə 22 oyun keçirib.
Ümumilikdə o, “Real”ın heyətində 450 matçda meydana çıxıb və 14 qol vurub.







