"Real" Mourinyo ilə 2 illik müqavilə imzaladı - Fabritsio Romano
Joze Mourinyo “Real”ın baş məşqçisi təyin olunub.
Msport.az xəbər verir ki, bu bardə insayder Fabritsio Romano paylaşım edib.
Tərəflər 2028-ci ilin yayına qədər nəzərdə tutulan müqaviləyə imza atıblar.
Madrid klubu portuqaliyalı mütəxəssisin hazırkı komandası “Benfika”ya müqavilənin vaxtından əvvəl pozulması üçün 6 milyon avro kompensasiya ödəyəcək. Mourniyo “Real”da transferlər zamanı səs hüququna sahib olacaq.
Xatırladaq ki, 63 yaşlı mütəxəssis 2010-2013-cü illərdə “kral klubu”na rəhbərlik edib.







