“Real” Mourinyoya görə “Benfika”ya daha çox pul ödəyəcək
Florentino Peres “Real”da prezident seçkilərini udarsa, “Benfika”ya gözləniləndən daha çox pul ödəyəcək.
Msport.az xəbər verir ki, Madrid klubu Joze Mourinyonu baş məşqçi postuna gətirmək üçün Portuqaliya təmsilçisinə kompensasiya ödəməlidir.
Öncə bu rəqəmin 6 milyon avro olacağı deyilsə də, “Benfika” tərəfi bəyan edib ki, Peres seçiləcəyi halda 15 milyon avro təzminat veriləcək.
“Real”da prezident seçkiləri iyunun 7-də keçiriləcək.
Mourinyonun Lissabon klubu ilə müqaviləsi 2027-ci ilin yayına qədərdir.







