featured-image-78355

Antonio Rüdigerin gələcək karyerasına aydınlıq gəlib.

Msport.az “Mundo Deportivo”ya istinadən xəbər verir ki, “Real” 33 yaşlı müdafiəçi ilə müqaviləni daha bir il uzadacaq.

Almaniyalı futbolçunun müqaviləsi iyunda başa çatır. Lakin Madrid klubunun rəhbərliyi düşünür ki, Rüdiger daha bir il yüksək səviyyədə çıxış edə bilər. O, bunu Çempionlar Liqasının pley-off matçlarında da göstərib.

Rüdiger 2022-ci ilin yayından “Real”ın şərəfini qoruyur. Bu mövsüm 26 oyunda meydana çıxan müdafiəçi bir qol vurub.

 

Bənzər xəbərlər