"Real" səfər formasını təqdim etdi - FOTO
“Real” yeni mövsüm üçün səfər formasını təqdim edib. Msport.az Madrid klubunun rəsmi saytına istinadən xəbər verir ki, “Adidas” firmasının hazırladığı geyim bənövşəyi rəngdədir, qollarında və yaxalığında qara rəngdən istifadə olunub.
Karlo Ançelottinin komandası bu formada ilk oyununu iyulun 30-da Los Ancelesdə “Yuventus”a qarşı keçirəcək.