“Real” Silvaya görə 80 milyon xərcə düşəcək
Bernardo Silva “Real”a 80 milyon avroya başa gələcək.
Msport.az xəbər verir ki, Silva transfer üçün 10 milyon avro, əlavə 10 milyon avro isə agentinə gedəcək.
Portuqaliyalı oyunçunun maaşı 20 milyon avro olacaq və bu, üç illik müqavilədə 60 milyon avroya bərabər olacaq. Ümumi məbləğ 80 milyon avrodur.
Qeyd edək ki, “Liverpul”un müdafiəçisi İbrahima Konate “Los Blankos”a 132 milyon avroya başa gəlib.







