“Real” transferdən 40 milyon qazandı
“Fulhem” hücumçu Qonsalo Qarsiyanın transferi üçün “Real”a 40 milyon avro ödəyəcək.
Msport.az xəbər verir ki, “Los Blancos” həmçinin 2 milyon avro bonus və oyunçunun gələcək satış qiymətinin 30%-ni alacaq.
“Fulhem” daha əvvəl hücumçunun transferini rəsmi saytında açıqlamışdı.
Qonsalo Qarsya “Real” akademiyasının yetirməsidir. 2025/2026 mövsümündə hücumçu Madrid klubunun böyüklər komandasında bütün yarışlarda 39 oyun keçirib, səkkiz qol vurub və üç məhsuldar ötürmə edib. Qonsalo Qarsya əvvəllər “Real Madrid Kastilya” gənclər komandasında oynayıb və 2024/2025 mövsümündə 73 oyunda 30 qol vurub.







