featured-image-6834

Türkiyənin “Ankaragücü” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Msport.az xəbər verir ki, Super Liqa klubu “Real” və PSJ-nin sabiq hücumçusu Xese Rodriqesi heyətinə qatıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 29 yaşlı futbolçu ilə 1+1 illik müqavilə imzalanıb.

Madrid “Real”ının yetirməsi olan Xese, bu komandada 5 il forma geyindikdən sonra 25 milyon avroya PSJ-yə transfer olunmuşdu. İspan futbolçunun sonuncu komandası “Las Palmas” olub.

Bənzər xəbərlər