featured-image-78754

“Real” PSJ-nin vingeri Xviça Kvaratsxeliyanı transfer edə bilər.

Msport.az xəbər verir ki, Madrid klubu bunun üçün parislilərə 150 milyon avro ödəməyə hazırdır.

“Kral klubu”nun prezideti Florentino Peres çərşənbə axşamı adını açıqlamadığı futbolçuya 150 milyon avro təklif edəcəyini bildirib.

TEAMtalk-ın yazdığına görə “Real” artıq gürcü futbolçunun transferi ilə bağlı danışıqlar aparır. Madrid klubunun rəsmiləri əmindir ki, Xviça “Real”a gəlməyin əlehinə olmayacaq.

Amma PSJ də ən yaxşı oyunçularından biri itirmək istəmir. 25 yaşlı futbolçunun Paris təmsilçisi ilə müqaviləsi 2029-cu ilin iyununa qədərdir.

 

Bənzər xəbərlər