featured-image-70586

Ukrayna millisinin baş məşqçisi Sergey Rebrov DÇ-2026-nın seçmə mərhələsinin İslandiya ilə oyunundan (5:3) sonra fikirlərini bölüşüb. Msport.az xəbər verir ki, 49 yaşlı mütəxəssis yığmamızla oktyabrın 13-də keçiriləcək görüşdən də danışıb:

“Bilirdik ki, çox ağır oyun olacaq. Təəssüf ki, hesabda öndə olanda da 2 top buraxdıq. Lakin mən futbolçulara təşəkkür edirəm. Burda bütün komandalara oynamaq çox çətindir. Belə meydanda 5 qol vermaq heç də asan deyil.

Bizim üçün əsas olan qələbə qazanmaq idi. Biz səhvlərimizi təhlil edib Azərbaycanla növbəti oyuna hazırlaşacağıq. Əgər biz növbəti matçda qalib gəlməsək, bu qələbənin heç bir əhəmiyyəti olmur”.

Hesabında 5 xal olan Ukrayna qrupda 2-ci yeri tutur. 9 xala malik olan Fransa qrupun lideridir. İslandiya 3 xalla 3-cü, Azərbaycan isə 1 xalla 4-cü yeri tutur.

Bənzər xəbərlər