featured-image-79412

“Mançester Siti” “Nottingem Forest”ın yarımmüdafiəçisi Elliot Andersonun transferi üzərində işini davam etdirir.

Msport.az xəbər verir ki, İngiltərə klubu 23 yaşlı futbolçu üçün yeni təklif hazırlayır.

“Şəhərlilər” yaxın vaxtlarda sövdələşməni yekunlaşdırmaq məqsədilə 135-140 milyon avro məbləğində təklif göndərməyə hazırlaşırlar. Daha əvvəl “Mançester Siti” bonuslar da daxil olmaqla Anderson üçün 106 milyon funt sterlinq təklif etmişdi.

Məlumata görə, klub futbolçu ilə 2031-ci ilin yayına qədər nəzərdə tutulan şəxsi müqavilənin şərtlərini razılaşdırıb. Andersonun özü də transferdə maraqlıdır və mümkün qədər tez yeni komandasına qoşulmaq istəyir.

Bənzər xəbərlər