Renat Dadaşov “Ankaragücü”dən ayrıldı
Azərbaycan millisinin hücumçusu Renat Dadaşov klubu “Ankaragücü”dən ayrılıb.
Msport.az xəbər verir ki, Türkiyə klubu 25 yaşlı forvardla müqaviləyə xitam verib.
Ankara təmsilçisi ötən ay onu əsas komandadan uzaqlaşdıraraq transferə çıxarmışdı. Lakin təklif olmadığından, qarşılıqlı razılıqla müqavilə ləğv olunub. Nəticədə Dadaşov azad agent statusu alıb.
Qeyd edək ki, Renat Dadaşov “Ankaragücü”yə mövsümün əvvəlində “Qrasshoppers”dən keçmişdi.