featured-image-40274

“Hatayspor” klubunda çıxış edən Renat Dadaşov bu gün “Antalyaspor”a qarşı Türkiyə Super Liqasının XIV tur oyununu buraxacaq.

Msport.az xəbər verir ki, 24 yaşlı hücumçu cəzalı olduğu üçün meydana çıxa bilməyəcək.

Forvard səfərdə “İstanbulspor”a 1:2 hesabı ilə uduzduqları görüşdə sarı vərəqə alıb və cəzalı duruma düşüb.

Qeyd edək ki, bu gün reallaşacaq “Hatayspor” – “Antalyaspor” matçı saat 21:00-da başlanacaq.

Bənzər xəbərlər