featured-image-38795

“Güclü rəqib qarşısında istədiyimiz nəticəni qazana bilmədik”.

Msport.az xəbər verir ki, bunu Türkiyənin “Hatayspor” klubunda çıxış edən Renat Dadaşov Superliqanın IX turunda “Fənərbağça”ya 2:4 hesabı ilə uduzduqları oyunla bağlı şəxsi instaqram hesabında yazıb.

24 yaşlı hücumçu cümə günü gerçəkləşəcək növbəti qarşılaşmaya köklənəcəklərini vurğulayıb.

Qeyd edək ki, matça start heyətdə başlayan Dadaşov sonadək meydanda olub.

Bənzər xəbərlər