Renat Dadaşov Polşa klubuna keçir
Azərbaycan millisinin daha bir futbolçusu karyerasını Polşada davam etdirməyə hazırlaşır.
Msport.az xəbər verir ki, Renat Dadaşov adıçəkilən ölkənin “Radomiak” klubu ilə danışıq aparır.
25 yaşlı hücumçu millimizin digər üzvü Rahil Məmmədovla komanda yoldaşı olmağa yaxındır. O, hətta komandanın Ekstraklasanın XXII turunda “Legiya” ilə ev matçını (3:1) tribunadan izləyib. Keçidin detalları açıqlanmasa da, razılıq əldə olunsa, Dadaşov yeni komandasına azad agent kimi keçəcək. Çünki oyunçu hazırda azad agent statusu daşıyır.
Qeyd edək ki, bir neçə gün əvvəl Renat Dadaşovun “Ankaragücü” ilə müqaviləsinə qarşılıqlı razılıqla xitam verilib.