featured-image-62013

Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun “Radomiak”a keçidi rəsmiləşib.

Msport.az xəbər verir ki, Polşa klubunun mətbuat xidməti bununla bağlı paylaşım edib.

Bildirilib ki, 25 yaşlı forvardla iyunun sonuna qədər müqavilə imzalanıb. Anlaşmada müddətin sonradan uzadılması bəndi də var. Bununla Dadaşov millimizin müdafiəçisi Rahil Məmmədova komanda yoldaşı olub.

Qeyd edək ki, Renat Dadaşov bir neçə gün əvvəl Türkiyə klubu “Ankaragücü”dən ayrılıb.

Bənzər xəbərlər