featured-image-62207

Polşa çempionatında 23-cü turun oyunları keçirilir. Msport.az xəbər verir ki, milli komandamızın üzvləri – Renat Dadaşov və Rahil Məmmədovun şərəfini qoruduğu “Radomiak” öz meydanında “Vidzev”i qəbul edib.

Oyun 1:1 hesabı ilə başa çatıb. Qonaqlar 14-cü dəqiqədə hesabı açsalar da, Dadaşov 90-cı dəqiqədə fərqlənərək komandasını qoldan xilas edib. Qeyd edək ki, yığmamızın hücumçusu 80-ci dəqiqədə meydana daxil olmuşdu. Bu, Renatın “Radomiak”ın heyətində ilk oyunu idi.

“Vidzev”lə görüşdə Rahilin adı heyətə daxil edilməyib.

“Radomiak” 23 oyundan sonra 25 xalla 13-cü yeri tutur.

 

Bənzər xəbərlər