Reşford şəxsi müqaviləni razılaşdırdı
“Barselona” heyətində icarə əsasında çıxış edən Markus Reşfordun transferində böyük irəliləyişə nail olub.
Msport.az xəbər verir ki, Kataloniya klubu ingiltərəli hücumçu ilə müqavilənin şəxsi şərtləri barədə tam razılıq əldə edib.
İcarə müddəti başa çatdıqdan sonra da komandada qaçılmaz fiqura çevrilən 28 yaşlı futbolçu, karyerasını daimi olaraq İspaniyada davam etdirmək niyyətindədir. Buna baxmayaraq, “Barselona” və “Mançester Yunayted” klubları arasında transfer qiyməti ilə bağlı rəsmi danışıqlar hələ də davam edir.
İspaniya nəhənginin rəhbərliyi, maliyyə feyr-pley qaydalarını pozmamaq üçün Premyer Liqa təmsilçisinə fərqli bir ödəniş planı və ya mübadilə variantı təklif etməyi düşünür.







