RƏSMİ - Giqqz baş məşqçi postundan göndərildi
Uels Futbol Assosiasiyası millinin baş məşqçisi Rayan Giqqzlə yolları rəsmən ayırıb.
Msport.az xəbər verir ki, bu barədə qurumun saytı məlumat yayıb.
Xatırladaq ki, Giqqz 2020-ci ilin noyabrında keçmiş sevgilisinə təcavüz etməkdə ittiham olunub. Bu iş üzrə məhkəmənin yaxın vaxtlarda baş tutacağı gözlənilir.