featured-image-7168

“Atletiko Madrid”dən ayrılan Şime Vrsalko karyerasını “Olimpiakos”da davam etdirəcək. Msport.az Yunanıstan klubunun rəsmi saytına istinadən xəbər verir ki, xorvatiyalı futbolçu ilə 3 illik müqavilə imzalanıb. Xorvatiyalı müdafiəçi yeni komandasına azad agent kimi keçib.

Vrsalko ötən mövsüm İspaniya La Liqasında 21 oyunda meydana çıxıb, 1 qol vurub və 2 məhsuldar ötürmə verib.

O, əvəllər Zaqreb “Dinamo”su, “Cenoa”, “Sassuolo”, İnter” klublarında da çıxış edib.

Vrsalko 2018-ci ildə Xorvatiya millisinin heyətində dünya çempionatının gümüş medalını qazanıb.

Bənzər xəbərlər