featured-image-39626

“Rəqibin çox qol epizodu olmadı. Amma komandamız uduzdu. İstərdim ki, sonadək oynayım və matçı ən azı heç-heçə ilə başa vuraq”.

Msport.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın qapıçısı Andrey Lunyov UEFA Avropa Liqasının qrup mərhələsinin IV turunda Bakıda Almaniyanın “Bayer” komandasına 0:1 hesabı ilə uduzduqları oyun barədə “Match TV”yə açıqlamasında deyib.

Rusiyalı qolkiper öz çıxışından razı qaldığını bildirib: “Yəqin ki, yaxşı oynadım. Matçdan əvvəl əzələmdə mikrozədə var idi. Amma ciddi deyildi. Düzdür, meydançaya çıxmaqla risk etdim. Amma eybi yoxdur. Risk etməyənlər Yeni il ərəfəsində şampan içməzlər. Bu zədənin dizlə heç bir əlaqəsi yox idi, başqa əhvalatdır”.

Almaniyada Leverkuzen təmsilçisinə 1:5 hesabı ilə uduzduqları görüşü xatırlayan A. Lunyov bunun xoşagəlməz hal olduğunu söyləyib: “Meydanda sonadək döyüşəcəyimizə inanırdım. Həmin matçda uğur qazana bilmədik. “Bayer” 15 dəqiqə ərzində üç qol vurdu. Təəssüf ki, mənim də səhvim oldu. Almaniyada özümü göstərmək istəyirdim, alınmadı”.

2021/2023-cü illər mövsümündə “Bayer”in formasını geyinmiş 32 yaşlı qapıçı keçmiş komandasının onu çox mehriban qarşıladığını vurğulayıb: “Yenidən orada olmaq xoş idi”.

Qeyd edək ki, “Bayer”lə oyunda zədələnərək əvəzlənən Andrey Lunyov növbəti həftədən məşqlərə başlayacaq.

Bənzər xəbərlər