“River Pleyt”dən möhtəşəm rekord
Argentinanın “River Pleyt” klubu dünya futbolu tarixində nadir rast gəlinən uğura imza atıb.
Msport.az xəbər verir ki, klubun ev oyunlarında ardıcıl olaraq 105-ci dəfə bütün biletlər tamamilə satılıb.
“Mas Monumental” stadionunda keçirilən sonuncu Superklasikoda da eyni mənzərə yaşanıb. Əzəli rəqib “Boka Xuniors” ilə qarşılaşmanı 85 mindən çox azarkeş canlı izləyib.
Argentinalı fanatların derbi zamanı komandaları üçün hazırladıqları qarşılanma mərasimi və tribunadakı coşqu dünya mediasının diqqət mərkəzində olub. Bu göstərici ilə “River Pleyt” azarkeş sadiqliyi və davamlılıq baxımından rekordunu yeniləməkdə davam edir.







