featured-image-77846

PSJ-nin braziliyalı futbolçusu Markinyos UEFA Çempionlar Liqasında həmyerlisi Roberto Karlosun rekordunu qırıb.

Msport.az xəbər verir ki, müdafiəçi buna Almaniyada “Bavariya” ilə heç-heçə etdikləri (1:1) yarımfinal mərhələsinin cavab oyununda iştirak etməklə nail olub.

Təcrübəli oyunçu qitənin bir nömrəli klub turnirində ən çox matça çıxan braziliyalı futbolçu ünvanına sahib çıxıb.

Münhen təmsilçisi ilə duel Markinyosun 121-ci qarşılaşması kimi tarixə düşüb. R.Karlos UEFA Çempionlar Liqasında 120 görüşdə iştirak edib.

Qeyd edək ki, ilk görüşdə “Bavariya”nı 5:4 hesabı ilə üstələyən PSJ finalda İngiltərə təmsilçisi “Arsenal”a rəqib olub. Jəlledici görüş mayın 30-da Budapeştdə baş tutacaq.

Bənzər xəbərlər