Rodri “Barselona”ya 60 milyona başa gələcək
“Mançester Siti”nin yarımmüdafiəçisi Rodrinin transferi “Barselona”ya təxminən 60 milyon avroya başa gələcək.
Msport.az xəbər verir ki, 30 yaşlı futbolçu vergilər çıxılmaqla mövsümünə təxminən 30 milyon avro maaşla dörd illik müqavilə imzalayacaq.
Daha əvvəl futbolçunun Kataloniya klubu ilə maliyyə şərtlərini razılaşdırdığı bildirilirdi.
Rodri 2019-cu ildən “Mançester Siti”də oynayır. O, İngiltərə klubuna “Atletiko”dan 70 milyon avroya keçib. Onun klubla müqaviləsi 2027-ci ilin yayında başa çatır. Yarımmüdafiəçi 2026-cı il dünya çempionatının ən yaxşı oyunçusu seçilib.







