Rodri millidən uzaqlaşdırıldı
“Mançester Siti”nin yarımmüdafiəçisi Rodri oktyabrda İspaniya millisinin DÇ-2026-nın seçmə oyunlarında iştirak edə bilməyəcək.
Msport.az xəbər verir ki, bu barədə İspaniya Futbol Federasiyası məlumat yayıb.
Bildirilib ki, klub tərəfindən təqdim olunan tibbi testlər nəticəsində müəyyən edilən zədə səbəbindən Rodri Gürcüstan və Bolqarıstanla qarşıdakı oyunlar üçün millinin heyətindən çıxarılıb.
Qeyd edək ki, yarımmüdafiəçi oktyabrın 3-də milli komandaya çağırılmışdı, lakin Premyer Liqanın 7-ci turunda “Brentford”la oyunun 19-cu dəqiqəsində zədələnərək meydanı tərk edib. Oyun “Mançester Siti”nin 1:0 hesablı qələbəsi ilə başa çatıb.