Rodri seçim qarşısında - “Mançester Siti”, yoxsa “Real”?
“Mançester Siti”nin idman direktoru Uqo Viana “Real”ın marağı fonunda yarımmüdafiəçi Rodrini uzunmüddətli gələcəyini kluba həsr etməyə inandırmağa çalışır.
Msport.az xəbər verir ki, İngiltərə klubu baş məşqçi Xosep Qvardiolanın gələcəyindən asılı olmayaraq 29 yaşlı futbolçunun komandada qalmasını istəyir.
Vurğulanır ki, bu yay Bernardo Silvanın gedişindən sonra Rodri yeni kapitan kimi nəzərdən keçirilir. Viana həmçinin ispaniyalı futbolçunu növbəti dövrdə “Mançester Siti”də əsas oyunçu ola biləcəyinə inandırmağa çalışır.
Bu mövsüm Rodri bütün yarışlarda 31 oyunda meydana çıxıb və iki qol vurub. Onun klubla hazırkı müqaviləsi 2027-ci ilin yayına qədərdir.







