featured-image-80852

“Mançester Siti”nin yarımmüdafiəçisi Rodri “Real”ın transfer hədəfinə çevrilib.

Msport.az xəbər verir ki, Madrid təmsilçisi 30 yaşlı futbolçu üçün 60 milyon avro təklif etməyə hazırlaşır.

“Mançester Siti” bu məbləğ qarşılığında danışıqlara başlamağa hazırdır. Bunun üçün Rodrinin də komandadan ayrılmaq istəməsi əsas şərtlərdən biridir. İspaniyalı futbolçunun müqaviləsinin gələn yay başa çatacağı bildirilir.

“Real”ın baş məşqçisi Joze Mourinyo Rodrini komandasında görmək istəyir.

Madrid təmsilçisinin əsas transfer hədəfi isə Kot-d’İvuar millisinin cinah hücumçusu Yan Diomanddır. “Real”ın futbolçu üçün 115-120 milyon avro ödəməyə hazır olduğu bildirilir.

Rodrinin məşqlərə nə vaxt başlayacağı isə dəqiq deyil. Yarımmüdafiəçi bel nahiyəsindən əməliyyat olunub. Futbolçunun bərpa prosesinin uzun çəkməyəcəyi gözlənilir.

Bənzər xəbərlər