“Roma” ardıcıl dördüncü dəfə
“Roma” ardıcıl dördüncü mövsüm avrokuboklarda yarımfinala yüksəlib.
Msport.az xəbər verir ki, komanda 1/4 final mərhələsinin cavab oyununda evdə “Milan”a (2:1) qalib gəlib.
İlk oyunda rəqibini 1:0 hesabı ilə üstələyən “canavarlar” yarımfinalda “Bayer”lə üz-üzə gələcək.
Qeyd edək ki, yarımfinalın ilk görüşləri mayın 2-də, cavab qarşılaşması bir həftə sonra olacaq.